Səudiyyə Ərəbistanı futbol çempionatında son çempion “Əl-İttihad” kollektivində baş məşqçi postu boş qalıb.
Heyətində Kərim Benzema, Nqolo Kante, Fabinho kimi ulduz oyunçuları olan komandanın baş məşqçisi Nunu Eşpirito Santu vəzifəsindən ayrılıb.
Hazırda 49 yaşlı mütəxəssisin yerinə müvəqqəti olaraq köməkçisi Hassan Xəlifə təyin olunub.
Qeyd edək ki, “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatında son 5 matçdır qalib gələ bilmir və hazırda 21 xalla 6-cı pillədə qərarlaşıb.
Mənbə : NTV Spor