Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlseni əsrin ən yaxşı qrosmeysteri kimi tanıyıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə FIDE-nin mətbuat xidmətindən məlumat verilib.
1924-cü ildə Parisdə yaradılmış Beynəlxalq Şahmat Federasiyasının 100 illik yubileyi münasibətilə FIDE-nin qala gecəsi baş tutub. Bununla belə, qeyd edilməlidir ki, dünya titulu uğrunda görüşlər 1886-cı ildən keçirilir.
33 yaşlı Karlsen Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və bu titulu dörd dəfə qoruyub.
2022-ci ildə o, ardıcıl ikinci dəfə rusiyalı Yan Nepomnyaşiy ilə görüşməli olduğu dünya şahmat tacı uğrunda görüşdən imtina edib və dünya çempionu titulundan məhrum edilib.
Norveçli şahmatçı ən uzun müddət FIDE dünya çempionu titulunu qoruyub.
Almaniya imperiyasını təmsil edən Emmanuil Lasker 1894-cü ildə bu titulun ilk sahibi olan avstriyalı Vilhelm Steynisə qalib gəlib və dünya çempionu titulunu qazanıb. Daha sonra Lasker dünya titulunu daha altı dəfə qoruyub və 1921-ci ildə kubalı qrosmeyster Xose Raul Kapablankaya məğlub olana qədər şahmat tacını saxlayıb.
Rəylər