Almaniya Bundesliqasının yeddinci turu çərçivəsində "Bavariya" "Ştutqart"ı sınağa çəkib.
Oxu.Az xəbər verir ki, Allianz Arenada baş tutan matç meydan sahiblərinin üstünlüyü ilə keçib.
Münhen klubu rəqibinə şans verməyib. "Bavariya" hücumçusu Harri Keynin het-triki və Komanın qolu sayəsində qələbə qazanıb - 4:0.
Bu nəticədən sonra münhenlilər 17 xalla zirvəyə qayıdıblar. "Ştutqart" isə 9 xalla 8-cidir.
Rəylər