UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Milan" - "Brügge" görüşünün fərqlənən futbolçusu Tiyyan Reynders olub.
"Srena Zvezda" ilə qarşılaşan "Monako"nun 5:1 hesablı qələbəsində pay sahibi olan futbolçu Takumi Minamino ən yaxşılardan biri olub.
"Şaxtyor"a qarşı oyunda minimalhesablı qələbəyə sevinən "Arsenal"ın futbolçusu Qabriel Martinelli də yaxşılardan olub.
"Aston Villa" - "Boloniya" matçında Con Duran, "Jirona" - "Slovan Bratislava" görüşündə isə Miqel Quiterreş fərqlənməyi bacarıb.
"Yuventus" - "Ştutqart" matçının ən yaxşı oyunçusu adını Mattia Perin qazanıb.
PSJ - PSV görüşündə fərqlənən futbolçu isə Əşrəf Hakimi olub.
Gecənin məhsuldarlığı ilə yadda qalan görüşündə "Real Madrid" - "Borussiya Dortmund"u 5:2 hesablı geridönüşlə məğlub edib. Matçın qəhrəmanı isə Vinisus Juniyor olub.
"Ştrum Qraz" - "Sportinq" matçında isə Viktor Qyökereş ən yaxşı oyunçu mükafatına yiyələnib.
Qeyd edək ki, III turun görüşlərinə bu gün keçiriləcək doqquz oyunla yekun vurulacaq.
Rəylər