UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun son oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Feyenoord" - "Bayer Leverkuzen" matçının ən yaxşı oyunçusu Florian Virts, "Srvena Zvezda" - "Benfika" görüşünün ən yaxşısı isə Anxel Di Maria seçiliblər.
"Barselona"nın "Monako"ya məğlub olduğu qarşılaşmada fərqlənən futbolçu isə Corc İlenixena olub.
Hesabın açılmadığı "Atalanta" - "Arsenal" matçının ən yaxşısı Ederson, "Atletiko Madrid" - "Leypziq" görüşünün ən yaxşısı isə Antuan Qrizman seçiliblər.
"Brest" - "Şturm Qraz" görüşündə fərqlənən futbolçu isə Abdallah Sima olub.
Qeyd edək ki, Liqa mərhələsinin ilk oyun gününün və ikinci oyun gününün ən yaxşı futbolçuları daha əvvəl elan edilmişdi.
Rəylər