Keçmiş futbolçu və iş adamı Devid Bekhem həyat yoldaşı Viktoriyaya həsr olunmuş yeni döymə etdirib.
Məlumata görə, futbolçunun barmağına “Posh” yazısı vurulub. Bu Viktoriyanın “Spice Girls” qrupundakı ləqəbi idi.
Qeyd edək ki, Bekhemin övladlarına, həyat yoldaşına və karyerasına həsr etdiyi 60-dan çox döyməsi var.
Xatırladaq ki, Viktoriya ilə Devid 1999-cu ildə evləniblər. Cütlüyün dörd övladı var: Oğulları Bruklin, Kruz, Romeo və qızları Harper.
Mənbə: gazeta.ru