"Yuventus"un futbolçu cütlüyü Duqlas Luis və Alişa Lehmann qarət olunublar.
Oxu.Az xəbər verir ki, hadisə onların Turindəki evində baş verib.
Naməlum şəxslər Luisin 11 saatını, Alişanın brilyant boyunbağısını oğurlayıblar. Hadisə Duqlasın A Seriyası çərçivəsində "Latsio"ya (1:0) qarşı oyunu, Lehmannın isə komandası ilə birlikdə toplanışda olduğu zaman baş verib. Futbolçu cütlüyün itkisinin təxminən 500 min avro olduğu bildirilir.
Qeyd edək ki, Lehmann bu il İsveçrə millisinin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki matçda Azərbaycan millisinə qarşı oynayıb.
Rəylər