Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ardıcıl 28-ci matçında qalib gələrək, ən uzun qələbə seriyasına görə yeni dünya rekorduna imza atıb.
Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Əl-Hilal” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna 2:0 hesabı ilə qalib gəlib.
İlk görüş də həmçinin 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb.
Beləliklə də, “Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn Uels klubu “Nyu Seynts”in nailiyyətini geridə qoyub.
Qeyd edək ki, “Əl-Hilal” Asiya Çempionlar Liqasının yarımfinalında BƏƏ-nin “Əl-Ayn” klubu ilə qarşılaşacaq.