FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Şturm" (Avstriya) - "Brügge" (Belçika) oyununun baş hakimi olacaq.
Oxu.Az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Stüart Attuell olacaqlar.
Qeyd edək ki, oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən "Verterze" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Rəylər