Beynəlxalq qrosmeyster Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər verir ki, əməkdar məşqçi 2023-cü ilin ən yaxşı mütəxəssislərinin siyahısında göstərilib.
Qeyd edək ki, C.Ağarəhimov beynəlxalq qrosmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.