Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) İntizam Komitəsi Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun 6 ay müddətinə millinin oyunlarına qatılmasını qadağan edib.
Oxu.Az xəbər verir ki, "Barselona", "İnter", "Anji" və "Çelsi" klublarının keçmiş futbolçusu ali qurumun intizam məcəlləsinin təhqiredici və nalayiq davranış və ədalətli oyun prinsiplərinin pozulması ilə bağlı iki maddəsi üzrə təqsirli bilinib.
FIFA rəsmiləri federasiya prezidentinə yaraşmayan hərəkətlərə görə Samuel Etoya bu cəzanı verdiklərini bildiriblər.
Rəylər