"Filadelfiya Yunion" klubunun futbolçusu Kavan Sallivan MLS-in ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) tarixinə düşüb.
Məlumata görə, yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.
O bunu "Nyu-İnqlend Revolyuşn" ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. K.Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.
Qeyd edək ki, bundan əvvəlki rekord ABŞ millisinin sabiq üzvü Freddi Aduya məxsus idi. "DC Yunayted"in sabiq futbolçusu 2004-cü ildə, 14 yaş 306 günlüyündə olarkən "San Xose"yə qarşı oyunda meydana çıxıb və uzun müddət bu rekordun sahibi olub.
Mınbə: MLSoccer.com
Rəylər