Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "McLaren" komandasının pilotu Oskar Piastri mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, finiş xəttini ilk keçən "McLaren" komandasının pilotu Azərbaycan Qran-prisinin qalibi olub.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisinə sentyabr ayının 13-də start verilmişdi.
Daha çox foto burada: PhotoStock.az
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "McLaren" komandasının pilotu Oskar Piastri mükafatlandırılıb.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, üç gün davam edən "Formula-1" Qran-prisinin əsas yarışının qalibi "McLaren" komandasının sürücüsü Oskar Piastri olub.
"Ferrari" komandasından Şarl Lekler ikinci yerdə qərarlaşıb. İlk üçlüyü "Mersedes" komandasından Corc Rasıl tamamlayıb.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisinə sentyabrın 13-də start verilmişdi.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.
Oxu.Az xəbər verir ki, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.
"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür. 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306.049 kilometr məsafəni əhatə edir.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına saat 15:00-da start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Qran-prisinin son yarışında pilotlar birincilik uğrunda mübarizəyə başlayıblar.
"Ferrari" komandasının pilotu Şarl Lekler və ikinci nəticə göstərmiş "McLaren"nin sürücüsü Oskar Piastri əsas yarışa ilk yerdən start alıblar.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu gün başa çatacaq.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının qalibi "Trident" komandasının sürücüsü Riçard Versxor mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, finiş xəttini birinci keçən "Trident" komandasının pilotu Riard Versxor mükafatlandırılıb.
Qeyd edək ki, mükafatlandırmadan dərhal sonra "Formula-1" üzrə Azərbaycan Qran-prisinə saat 15:00-da start veriləcək.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, gənc pilotların yarışında "Trident" komandasının sürücüsü Riçard Versxor birinci olub. ART GP komandasından Viktor Marten ikinci yerdə qərarlaşıb. İlk üçlüyü "Prema" komandasından Andrea Kimi Antonelli tamamlayıb.
Bakıya çempionatın lideri kimi gəlmiş "Campos" komandasının sürücüsü Ayzek Həcər heç bir xal qazanmayıb, amma onun ən yaxın təqibçisi "Invicta" komandasından Qabriel Bortoleto yarışı 4-cü yerdə başa vurub. Beləliklə, Bakıda lider dəyişikliyi olub - hazırda Bortoleto 7.5 xal fərqlə liderliyə yüksəlib.
Qeyd edək ki, "Formula-1" üzrə əsas yarışa saat 15:00-da start veriləcək.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində restart olub.
Oxu.Az xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb, bu səbəbdən yarışda fasilə yaranıb.
Qəza nəticəsində beş pilot - "İnvicta Racing"dən Kuş Maini, "MP Motorsport"dan Oliver Göte, "Campos Racing"dən Xosep Maria Marti, "Van Amersfoort Racing"dən Rafael Villaqomes və "AIX Racing"dən Niels Koolen - mübarizəni dayandırıb. Tras təmizləndikdən sonra yarışa restart verilib.
Qeyd edək ki, "Formula-2" üzrə əsas yarış başa çatdıqdan sonra saat 15:00-da "Formula-1" üzrə əsas yarışa start veriləcək. Yarışın finişindən sonra isə Azərbaycan Qran-prisinə yekun vurulacaq.
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Oxu.Az xəbər verir ki, gənc pilotların əsas yarışı saat 11:35-də başlayıb. İlk sırada sıralama turunda ən yaxşı nəticəni göstərən "Trident" komandasının pilotu Rixard Versxor olub.
Qeyd edək ki, "Formula-2" üzrə əsas yarış başa çatdıqdan sonra saat 15:00-da "Formula-1" üzrə əsas yarışa start veriləcək. Yarışın finişindən sonra Azərbaycan Qran-prisinə yekun vurulacaq.
Daha çox foto burada: PhotoStock.az
Bu gün Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.
Oxu.Az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
Bu gün "Formula-2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306.049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
Rəylər