Finlandiyalı Valtteri Bottas "Kick-Sauber" komandasını tərk edir və gələn ildən onun yerini braziliyalı Qabriel Bortoleto tutacaq.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
Bu o deməkdir ki, 1989-cu ildən bəri ilk dəfə "Formula-1" pelotonunda finlandiyalı pilot olmayacaq.
İndiyədək Finlandiyanın ümumilikdə doqquz "Formula-1" pilotu olub. Onlardan səkkizi ən azı bir dəfə podiuma yüksəlib, beşi Qran-pri qazanıb, ikisi bir dəfə çempion olub (Keke Rosberq və Kimi Raykkonen) və biri isə ikiqat çempion adını qazanıb (Mika Hakkinen).
Rəylər