Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Formula-1": San-Paulu Qran-prisinin təsnifat yarışı keçirilib
Bazar günü "Formula-1" üzrı dünya çempionatının 21-ci mərhələsi - San-Paulu Qran-prisində təsnifat mərhələsi baş tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, San-Pauludakı hava şəraiti ilə əlaqədar təsnifat mərhələsi şənbə günü təxirə salınıb və bazar günü yerli vaxtla səhər tezdən keçirilib.
Təsnifat mərhələsini birinci başa vuran "McLaren" komandasının pilotu Lando Norris bir neçə saatdan sonra keçirilməsi nəzərdə tutulan yarışın startında ilk yerdə durmaq hüququ qazanıb. "Mercedes"in nümayəndəsi Corc Rassel ikinci, "Visa RB"nin yapon pilotu Yuki Tsunoda üçüncü yeri tutublar.
Sessiya zamanı həm "Aston Martin", həm də "Williams" komandalarının pilotları, eləcə də, "Ferrari"dən Karlos Sayns ağır qəzaya uğrayıblar, ona görə də sıralanma turu 5 dəfə qırmızı bayraqlarla dayandırılıb.
Rəylər