"Formula-1"də çıxış edən "McLaren" komandasının britaniyalı pilotu Lando Norris dünya çempionatının 21-ci mərhələsində - San Paulu Qran-prisində sprint yarışın qalibi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış Karlos Paçe adına "İnterlaqos" avtodromunda keçirilib.
İkinci yeri digər "McLaren" pilotu avstraliyalı Oskar Piastri tutub. İlk üçlüyü "Red Bull"da çıxış edən niderlandlı Maks Ferstappen tamamlayıb.
Sprint yarışının qalibi dünya çempionatının ümumi sıralamasında səkkiz xal alıb. Ümumilikdə ilk səkkiz sürücü xal qazanıb.
Hazırda Ferstappen 368 xalla pilotların sıralamasına başçılıq edir. İlk üçlükdə Norris (323) və "Ferrari" komandasının pilotu Şarl Lekler (296) yer alıblar. Konstruktorlar çempionatında "McLaren" (581) birinci yerdədir, "Ferrari" (546) və "Red Bull" (519) isə ilk üçlükdədir.
Qeyd edək ki, təsnifat yarışı şənbə günü axşam saatlarında keçiriləcək. Mərhələ bazar günü əsas yarışla (Bakı vaxtı ilə 21:00) başa çatacaq.
Rəylər