Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Formula-1" üzrə Belçika Qran-prisinin qalibi diskvalifikasiya edilib
"Mercedes"in britaniyalı pilotu Corc Rassel "Formula-1" üzrə dünya çempionatının 14-cü mərhələsinin - Belçika Qran-Prisinin nəticələrinə görə diskvalifikasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, diskvalifikasiyaya səbəb Rasselin bolidinin çəkisi olub. Yarışdan sonrakı çəki ölçmədə onun bolidi FIA-nın minimum tələblərindən 1,5 kq yüngül olub.
Yarışın qalibi Rasselin "Mercedes" üzrə partnyoru, finişə ikinci çatan britaniyalı Luis Hemilton olub.
"McLaren"də iştirak edən avstraliyalı Oskar Piastri ikinci, moneqasklı Şarl Lekler ("Ferrari") isə üçüncü yerə yüksəlib.
Qeyd edək ki, növbəti mərhələ avqustun 23-dən 25-dək Niderlandda baş tutacaq.
"Formula-1" üzrə Belçika Qran-prisinin qalibi bəlli olub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, "Mersedes"in pilotu Corc Rassel finiş xəttinə hamıdan birinci çatıb.
Onun komanda yoldaşı Luis Hemilton ikinci, "McLaren"dən Oskar Piastri üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabrda gerçəkləşəcək.
Rəylər