"Formula-1" Qran-prisinin keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da "Formula-1" Qran-prisi boyunca xidmət göstərəcək:
"Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında iki şöbə (10 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub. Qran-prinin iştirakçıları üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimat və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub. Yarış halqası boyunca iştirakçılara, "Formula-1" çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları daimi şəkildə fəaliyyət göstərəcək".
Qeyd edək ki, təqvimə əsasən, Bakı növbəti Azərbaycan Qran-prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək.
Rəylər