Fransanın reqbi üzrə milli komandasının zorlamada təqsirləndirilən iki oyunçusu Uqo Aurado və Oskar Jequ təcavüz etdikləri qadına 15-ə yaxın bədən xəsarəti yetiriblər.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu barədə məhkəmə-tibbi ekspertizanın rəyində məlumat verilir.
"Bədənin intim hissələrinin zədələnməsi, çənə nahiyəsində, sol göz qapağında, hər iki ayaqda, omba nahiyəsində, döş və döş qəfəsində müxtəlif hematomalar, çiyin nahiyəsində bir neçə cızıq qeydə alınıb" , - deyə məhkəmə-tibbi ekspertizanın rəyində bildirilib.
Hazırda idmançılar Mendozada istintaqa qədər ev dustaqlığındadırlar.
Rəylər