Ötən ay karyerasını bitirdiyini elan edən ispaniyalı Andres İnyestanın böyük futboldan ayrılığı uzun çəkməyəcək.
Oxu.Az xəbər verir ki, veteran futbolçu artıq məşqçiliyə başlamaq qərarına gəlib.
O, Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb. Andresin təhsil prosesi Dubayda (BƏƏ) baş tutacaq.
Qeyd edək ki, İnyesta oktyabrın əvvəlində 22 illik peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Andresin çıxış etdiyi son klub BƏƏ-nin "Emirates" klubu olub.
Rəylər