İngiltərə millisinin 2026-cı il Dünya çempionatının qalibi olacağı təqdirdə komandanın yeni baş məşqçisi Tomas Tuxel 3 milyon funt sterlinq (3,6 milyon avro) bonus qazanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Məlumata görə, 2022-ci il dünya çempionatında qalib gəlsəydi, keçmiş baş məşqçi Qaret Sautqeytə 2,5 milyon funt sterlinq (3 milyon avro) vəd edilmişdi.
Böyük mükafata baxmayaraq, İngiltərə seçməsinin DÇ-ni qazanmaq şansları elə də yüksək qiymətləndirilmir.
Rəylər