Futbol üzrə İspaniya çempionatının ikinci tur matçında "Vilyarreal" "Sevilya"ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, Sevilyadakı görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Dodi Lukebakio "Sevilya"nın qolunu vurub (45-ci dəqiqə). Qonaqlardan isə Arno Danjuma (88) və Ayose Peres (90) ilə fərqləniblər.
Qeyd edək ki, "Vilyarreal" iki matçdan dörd xal toplayıb, "Sevilya" isə bir xal qazanıb.
Xatırladaq ki, növbəti mərhələdə "Sevilya" avqustun 27-də səfərdə "Malyorka" ilə qarşılaşacaq. "Vilyarreal" isə bir gün əvvəl doğma meydanda "Selta" ilə oynayacaq.
Rəylər