"Benfika"ya keçən Kerem Aktürkoğlu azyaşlı fanatının ağlamasına sosial şəbəkə hesabından münasibət bildirib və ona forma hədiyyə edəcəyinə söz verib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu şəxsi "X" hesabından Rüzgar adlı azarkeşi ilə bağlı paylaşımında bildirib:
"Rüzgar, həyat bizə bir çox şey öyrədir. Xoşbəxtliklərlə birlikdə keçən gözəl günlər qədər, ayrılıqlar da bu həyatın içindədir. Amma biz ayrılsaq da, qəlblərimiz birlikdə atacaq. Sən "Qalatasaray"dan və "Qalatasaray"lılıqından imtina etmə. Bu rənglər altında daha çox qəhrəmanın olacaq, onlarla güləcəksən, gözündəki yaşlar da sadəcə sevincdən axacaq. Məni bağışlayarsan, ya yox, bilmirəm, amma sənə "Benfika"da geyinəcəyim ilk matçın formasını hədiyyə etmək istəyirəm. Bəlkə belə barışa bilərik".
Qeyd edək ki, Kerem Aktürkoğlu "Qalatasaray"dan "Benfika"ya 11 milyon avro qarşılığında transfer olunub. Türkiyə millisinin hücumçusu Portuqaliya klubu ilə beşillik müqavilə imzalayıb.
Rəylər