Kilian Mbappe ən yaxşı hücumçu titulu uğrunda mübarizədə liderliyə yüksəlib.
Məlumata görə, fransalı hücumçu Erlinq Holand və Harri Keyni geridə qoyub. Dünyanın ən yaxşı futbolçularından olan Lionel Messi 7-ci, Kriştianu Ronaldu isə siyahının 15-ci pilləsində qərarlaşıb. İlk 20-liyi İtaliyanın "Napoli" klubunda çıxış edən gürcü Xviça Kvaratsxeliya tamamlayıb.
Həmin siyahının ilk 10-luğunu təqdim edirik:
1. Kilian Mbappe ("Real Madrid", İspaniya);
2. Harri Keyn ("Bavariya", Almaniya);
3. Erlinq Holand ("Mançester Siti", İngiltərə);
4. Vinisius Junior ("Real Madrid", İspaniya);
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə);
6. Antuan Qrizman ("Atletiko", İspaniya);
7. Lionel Messi ("İnter Mayami", ABŞ);
8. Fil Foden ("Mançester Siti", İngiltərə);
9. Bukayo Saka ("Arsenal", İngiltərə);
10. Son Hın Min ("Tottenhem", İngiltərə).
Mənbə: ESPN.com