Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun Asiya Çempionlar Liqasında İran təmsilçisi "İstiqlal"la oyununun yeri dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, qarşılaşma Tehrandan Dubaya köçürüləcək. Buna "Ən-Nəsr"in təhlükəsizliyə görə İranda oynamaqdan imtina etməsi səbəb olub.
Qarşılaşma oktyabrın 22-də baş tutacaq.
Qeyd edək ki, daha əvvəl Hindistanın "Mohun Baqan" klubu Təbrizin "Traktor" komandası ilə səfər matçına çıxmadığı üçün Çempionlar Liqasından kənarlaşdırılmışdı.
Rəylər