Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi sentyabr ayında yaşıl meydanlara qayıdacaq.
Oxu.Az xəbər verir ki, topuğundakı zədəsini sağaldan 37 yaşlı forvard tezliklə komanda ilə məşqlərə start verəcək.
O, MLS ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) çempionatında, sentyabrın 14-də "Filadelfiya Yunion"la qarşılaşmada meydana çıxa biləcək. Bundan əlavə, Messinin gözləniləndən əvvəl, sentyabrın 1-də "Çikaqo" ilə görüşdə iştirakı da ehtimal olunur.
Qeyd edək ki, Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnmişdi.
Rəylər