Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-in (Major League Soccer) qalibi olub.
Oxu.Az xəbər verir ki, bu, səfərdə "Kolumbus Kryu" ilə görüşdən sonra reallaşıb.
37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. "Kolumbus Kryu"dan Dieqo Rossi və Kuço Ernandes fərqləniblər.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə iki tur qalmış MLS çempionu olub.
Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.
Lionel Messinin dublu "İnter Mayami"ni çempion etdi
Rəylər