"Mançester Yunayted" Erik ten Haqın komandadan ayrılacağı ilə bağlı çıxan xəbərləri yalanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Instagram" hesabında paylaşım edib.
O, bildirib ki, təcrübəli çalışdırıcı ən azı mövsümün sonunadək "Mançester Yunayted"də qalacaq.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ildən "Mançester Yunayted" klubunu çalışdırır.
Rəylər