"Mançester Yunayted", "İnter", "Porto" və "Qremio"nun keçmiş oyunçusu Anderson iki uşağı üçün aliment ödəmədiyinə görə yenidən həbs edilə bilər.
Oxu.Az Marca.com-a istinadən xəbər verir ki, Porto Aleqre Mülki Ailə Məhkəməsi 2019-cu ildə təqaüdə çıxan Andersonun 30 gün müddətinə aliment ödənişlərini etməyəcəyi təqdirdə həbsinə qərar verib. Anderson borcunu ödəsə, həbs qərarı geri alınacaq.
Qeyd edək ki, Anderson 2021-ci ildə səkkiz nəfərlə birlikdə kriptovalyutadan qazanılan çirkli pulların yuyulması və mənimsəmə ittihamı ilə məhkum edilib.
Rəylər