"Mançester Yunayted" klubunun rəhbərliyi 2022-ci ildən "qırmızı şeytanlar"a rəhbərlik edən niderlandlı mütəxəssis Erik ten Haqı əvəz edə biləcək yeni məşqçi axtarışına başlayıb.
Oxu.Az xəbər verir ki, ten Haqın qovulması zaman məsələsidir.
Hazırda "Mançester Yunayted"in rəhbərləri 54 yaşlı mütəxəssisin yerinə birinci dərəcəli məşqçi tapmağı qarşılarına məqsəd qoyublar.
"Mankunianlılar"ın rəhbərliyi ötən yay ten Haqı qovmaq istəsə də, niderlandlıya uyğun əvəzləyici tapa bilmədikləri üçün baş məşqçi ilə yola davam etməli oldular.
Qeyd edək ki, Erik ten Haqın çalışdırdığı "Mançester Yunayted" klubu bu mövsüm İngiltərə Premyer Liqasının beş turundan sonra yeddi xal toplayıb və hazırda 11-ci yerdədir. "Mançester Yunayted" sonuncu dəfə 2013-cü ildə Premyer Liqanın qalibi olub.
Rəylər