Sahibi əfsanəvi eks-kapitan və Argentina millisinin sabiq hücumçusu Dieqo Maradona olan "Qızıl top" Fransadakı "Aquttes" evində keçirilən hərracdan çıxarılıb.
Maradonna bu fəxri kuboku Argentina yığmasının 1986-cı il Dünya Kubokunu qazanmasından 10 il sonra alıb.
Kubokun dəyəri bir neçə milyon dollar qiymətləndirilir. Onun satışı üzrə hərrac iyunun 6-da "Aguttes" hərrac evində keçirilməli idi. Mükafat idman tarixində ən bahalı lot ola bilərdi.
Dieqo Maradonanın ailə üzvləri kubokun 1989-cu ildə oğurlandığını iddia etdiyi üçün "Qızıl top"un satışı dayandırılıb. Fransa məhkəməsi "Qızıl top"un satışını qadağan edib və bütün hallar aydınlaşana qədər ona həbs qoyub.
Mənbə: sport.ua