Argentinalı ulduz Mauro İkardinin "Qalatasaray" klubu ilə müqaviləsindəki gizli bənd bəlli olub.
Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya bir il ərzində klubun şəxsi təyyarəsindən səkkiz dəfə istifadə etmək hüququ verilib.
İkardi müqaviləsindəki bu bəndə görə "Qalatasaray" klubuna illik 500 min dollar zərər verir.
İllik maaşı 6 milyon avro olan futbolçu "Qalatasaray" klubunun prezidenti Dursun Özbekdən də illik 4 milyon avro bonus alır.
Rəylər