PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matçda (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.
Fransız bunu 24 yaşında bacarıb.
Lionel Messi, Kriştianu Ronaldu və Neymar 25 yaşından sonra bu rəqəmə çatıblar.
Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bütün zamanların qolçuları siyahısında üçüncü yerə yüksəlib. O, Antuan Qrizmanı qabaqlayıb (44).
Mbappedən yalnız eyni oyunda qol vuran Olivye Jiru (54) və karyerasını artıq başa vurmuş Tyerri Anri (51) öndədir.
Mənbə: championat.com
Rəylər