Türkiyənin Almaniyadakı səfiri 2024-cü il Avropa çempionatının 1/8 finalında Avstriya millisi ilə oyunda türk futbolçu Merih Demiralın vurduğu qoldan sonra istifadə etdiyi əl jestinə görə Berlinə çağırılıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Demiral qollardan birini qeyd edərkən türk millətçilərinin "boz qurd" jestindən istifadə edib və bu, UEFA-nın araşdırmaya başlamasına səbəb olub.
Qeyd edək ki, iyulun 3-də Türkiyə Xarici İşlər Nazirliyi Almaniya səfiri Yurgen Şulza ölkənin daxili işlər naziri Nensi Feserin siyasi niyyət və ya bəyanatlar nümayiş etdirmək üçün idmandan istifadə edilməsinin yolverilməz olduğunu bəyan etdiyinə görə etiraz notası təqdim edib.
Xatırladaq ki, iyulun 2-də baş tutan görüş 2:1 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.
Merih Demiralla bağlı qalmaqala görə Türkiyə səfiri Berlinə çağırılıb
Mənbə: gazeta.ru
Rəylər