Serbiyalı tennisçi Novak Cokoviç "US Open" turnirinin 3-cü mərhələsində avstraliyalı Aleksey Popırinə uduzub.
Oxu.Az xəbər verir ki, bu, onun adıçəkilən turnirin 3-cü mərhələsində son 18 ildə ilk məğlubiyyəti olub.
3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.
4-cü mərhələdə A.Popırin ABŞ təmsilçisi Frensis Tiafoya qarşı oynayacaq.
Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər və qadınlar arasında Böyük Dəbilqə yarışlarında tək halda ən çox qələbə qazanmış (Marqaret Kort ilə birlikdə) idmançıdır. O, ATP seriyalı turnirlərdə 99 dəfə qalib gəlib, bunlardan 98-ni tək halda bacarıb.
Novak Cokoviç serbiyalı tennisçilərin cari reytinq siyahısında ikincidir.
Tennisçi "US Open-2024"ün nəticələrinə əsasən, dünya reytinqində ikinci pillədəki yerini itirəcək və ATP reytinqində ən azı dördüncü yerə enəcək.
Rəylər