Dünyaşöhrətli serbiyalı tennisçi Novak Cokoviçə həsr olunmuş muzey inşa ediləcək.
Oxu.Az "Balkanist"ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.
O, 37 yaşlı idmançının ölkə üçün etdiyi xidmətlərə görə bu addımı atdıqlarını bildirib.
Qeyd olunub ki, muzeyin tikintisinə yaxın zamanda başlanılacaq. Cokoviçin Olimpiya qızılına görə 200 min avro mükafatı humanitar məqsədlərə bağışlayacağı bildirilir.
Xatırladaq ki, Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışında qızıl medal qazanıb. O, həmçinin Böyük Dəbilqə yarışlarının 24 qat qalibidir.
Rəylər