"Bu, tək mənim yox, xalqımızın qələbəsidir".
Bunu Baku TV-yə açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarının uzunluğa tullanma üzrə qızıl medalçısı Orxan Aslanov deyib.
"Yarışdan əvvəl özümə çox əmin idim. Sadəcə olaraq, bunu əvvəlcədən bildirməyi, mən udacağam deməyi sevmirəm. Çünki həmişə belə deyəndə alınmır", - deyə o qeyd edib.
O.Aslanov Paralimpiya Oyunları zamanı xəstələndiyini, yarışa qızdırması olduğu halda çıxdığını bildirib: "Bu məni bir az narahat edirdi, uğur qazana bilmərəm deyə düşünürdüm. Bəlkə də, buna görə nəticəm bir az zəif oldu. Amma şükürlər olsun ki, qızıl medal qazandım. Lakin dünya rekorduna yaxın nəticə əldə etmək istəyərdim".
29 yaşlı idmançı bildirib ki, növbəti Paralimpiya Oyunlarında iştirak etmək niyyətindədir:
"Los-Anceles Paralimpiadasına qədər bu formamı saxlamaq üçün əlimdən gələni edəcəyəm. Çətin olacaq, amma çətinlikdən qorxsaydım, idmanda olmazdım".
Ətraflı süjetdə:
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
Rəylər