İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın qadın güləşçisi Mariya Stadniki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib:
"Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşi üzrə milli komandamızın üzvü Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da ümumi lisenziyalarımızın sayı 12-yə çatıb. Güləşçimizi və məşqçilərimizi təbrik edir və Olimpiya Oyunlarında uğurlar arzulayırıq".
Rəylər