İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Giorgi Meşvildişvili təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə federasiyanın başçısı "X" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: "Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".
Xatırladaq ki, Azərbaycanın sərbəst güləşçisi G.Meşvildişvili bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb.
Olimpiya Oyunlarında (@Paris2024 ) güləşdə ikinci medalımızı qazandıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 10, 2024
Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək #Paris2024-də bürünc medal əldə etdi.
İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik.@wrestleaze pic.twitter.com/bufjOsclsr
Rəylər