İspaniyalı mütəxəssis Mikel Arteta 2027-ci ilə qədər "Arsenal"da qalmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, London klubu ilə baş məşqçi arasında üç illik müqavilə imzalanacaq. Hazırkı müqavilə daha bir il müddətində qüvvədədir.
Arteta "Arsenal"ın baş məşqçisi kimi 3 turnirin qalibi olub: bir dəfə İngiltərə kuboku və iki dəfə İngiltərə superkubokunda.
"Arsenal" bu mövsüm 3 turdan sonra 7 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəylər