Britaniyanın "Arsenal" klubunun məşqçisi Mikel Arteta komandanın daimi hazırlıq və sayıqlığın vacibliyini nümayiş etdirmək üçün maraqlı üsula əl atıb. Belə ki, o, şam yeməyində peşəkar cibgirlərin iştirakını təşkil edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RMC Sport The Athletic" xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, peşəkar cibgirlər futbolçuların telefon və pul kisəsi kimi şəxsi əşyalarını gizlicə götürməli idilər.
Şam yeməyinin sonunda Arteta hamıdan ciblərinin içini yoxlamağı xahiş edib. Məhz o zaman bir çox idmançı qiymətli əşyalarının itdiyini aşkar edib.
Beləliklə, məşqçi istənilən vəziyyətdə diqqətli və sayıq olmağın vacibliyini vurğulamağa çalışıb.