"Milan" klubunun əlcəzairli futbolçusu İsmail Bennaser dörd ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçunun əzələsi yırtıldığı üçün əməliyyat olunacaq.
Qeyd edək ki, İsmail Bennaser 2019-cu ildən "Milan" klubunun şərəfini qoruyur. 26 yaşlı müdafiəçi 2023/24 mövsümündə "Milan" forması ilə çıxdığı 25 oyunda iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər