Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.
Oxu.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.
Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40-da və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderlandla qarşılaşacaq.
Rəylər