Futzal üzrə Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsindəki rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, seçmə komandamız V qrupda İsveç, Yunanıstan və Xorvatiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, AVRO-2026-nın final mərhələsi Latviya və Litvada olacaq.
Bu gün futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Tədbirdə seçmə komandanın meneceri Fərrux Hüseynzadə iştirak edəcək.
Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli - Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Qeyd edək ki, final mərhələsində bu iştirakçılara meydan sahibləri - Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.