2023/24 mövsümündə "Neftçi" klubunu çalışdıran və daha sonra müqaviləyə xitam verən Adrian Mutu Türkiyənin "Ankaragücü" komandasına başçılıq etməyə çox yaxındır.
Oxu.Az "NTV Spor"a istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi komanda rumıniyalı baş məşqçi ilə danışıqlara başlayıb.
Türkiyə mediasında yer alan xəbərlərə görə, tərəflər arasında artıq ilkin razılıq əldə olunub.
Qeyd edək ki, "Neftçi" ilə yollarını ayıran Adrian Mutu son olaraq Rumıniyanın "Kluj" komandasında baş məşqçilik edib.
Rəylər