"Atletik Bilbao"nun futbolçusu Niko Uilyams İspaniya millisinin düşərgəsini tərk edib.
Oxu.Az xəbər verir ki, 22 yaşlı vinger zədə səbəbindən millinin UEFA Millətlər Liqasında Danimarka və Serbiya ilə oyunlarını buraxacaq.
Xatırladaq ki, İspaniya millisi oktyabrın 12-də Danimarka ilə, 15-də isə Serbiya seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda aktivində 4 xalı olan İspaniya millisi A liqasının 4-cü qrupunun 2-ci pilləsində qərarlaşıb.
Rəylər