"Atletik Bilbao"nun və İspaniya millisinin hücumçusu Niko Uilyams azarkeşin onu "Real Madrid"də görmək istəyinə kobud şəkildə cavab verib.
Oxu.Az "Cadena Ser"ə istinadla xəbər verir ki, komandanın açıq məşqi zamanı bir azarkeş Uilyamsın ünvanına qışqırıb:
"Niko, gələn il "Real Madrid"də".
Daha sonra "Atletik Bilbao"nun vingeri azarkeşin çağırışına cavab olaraq: "Sən əclafsan, cəhənnəmə get", - deyə bildirib.
Yay transfer pəncərəsi zamanı "Barselona"nın 22 yaşlı oyunçu ilə maraqlandığı barədə xəbərlər yayılsa da, klublar arasındakı fikir ayrılığına görə müqavilə baş tutmayıb.
Uilyams 2021-ci ildən "Atletik"də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Rəylər