Azərbaycan çempionu "Qarabağ"ın braziliyalı hücumçusu 6 qolla hamını qabaqlayıb.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının arxada qalan hissəsinin ən məhsuldar oyunçusu Olavio Juninyo olub.
Pley-offun Zaqreb "Dinamo"su ilə matçlarında fərqlənə bilməyən "sambaçı" digərləri üçün əlçatmaz qalıb. İkinci yerdə olan "Klaksvik"in futbolçusu Arni Frederiksberq bu mərhələdə 5 qola sevinib.
Qeyd edək ki, Juninyo 6 qola 6 matçda imza atıb.
Rəylər