"Final görüşünü qardaşlıq qazandı".
Bunu Oxu.Az-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medal mükafatçısı İmaməddin Xəlilovun qardaşı Sənan Xəlilov deyib.
"Qardaşım 12 ildir ki, idmandadır. Çox əziyyətlər çəkib. İmaməddinin görüşlərini sevinc içində izləyirdik. İkinci qarşılaşma bir qədər ağır keçdi. Final görüşündə isə qardaş ölkə Türkiyənin idmançısı ilə döyüşdü. Final qarşılaşmasını qardaşlıq qazandı. Qardaşımla qürur duyuram ki, Azərbaycana qızıl medal gətirdi və bayrağımızı Fransa kimi ölkədə dalğalandırdı", - deyə S.Xəlilov bildirib.
Rəylər