Paris-2024 Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan millisinin kişilərdən ibarət parataekvondoçuları Vətənə qayıdıblar.
Oxu.Az xəbər verir ki, iki Paralimpiya mükafatçısı Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.
Millimiz Fransa paytaxtında bir qızıl və bir bürünc medala sahib olub. Buna görə də millimiz yekun sıralamada medal sayına görə ikinci pilləni tutub.
Paris-2024-də İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.
Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunurdu.
Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
Daha çox foto burada: PhotoStock.az
Rəylər